Ağstafa təhsilndə daha bir biabırçılıq: birinci sinif şagirdini döyüb videoya çəkdilər…

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Rayonu üzrə Təhsil Sektorunun tabeliyində olan şəhər məktəblərinin birində təhsil üçün utancverici hadisə baş verib...

Belə ki, Mediaxeberleri.Az-a daxil olan məlumata görə, məktəblərin birində (olayla bağlı rəsmi araşdırma aparıldığından ad çəkmirik-red.) ibtidai sinif müəlliməsi birinci sinif şagirdini döyür, sonra isə məktəbin dəhlizində sürüyür ki, direktorun kabinetinə gətirsin. Bu hadisəni isə təlim-tərbiyə işləri üzrə direktor müavini telefonu vasitəsi ilə lentə alır. Direktorun kabinetində özlərini mələk kimi, göstərib yenidən hadisəni lentə alırlar. Şagirdin müəllimi tərəfindən döyülməsini bilən valideyin, sektor müdirinə şikayət edir. Ağstafa rayonu üzrə təhsil sektorunun müdiri Mədət Zeynalov valideyini xoş qarşılayır və məktəb direktoru, bu əməli törədənlərlə bağlı ölçü götürüləcəyini bildirir. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq məsələ həllini tapmayıb. Valideyin çarəsiz durumda qalıb, nə edəcəyini bilmir. Valideyn Ağstafa Rayon Prokurorluğuna rəsmən müraciət edib.

Bundan sonra qanunlarımızın aliliyini məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktorun müavini və sinif rəhbəri başa düşərlər.

Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərlə bərabər təhsil işçilərinin də borcudur. Bu borcun yerinə yetirilməsinə isə dövlət nəzarət edir.
Hələ ki, istintaqın gedişinə mane olmamaq üçün susqunluğumu qoruyuram. Vaxtı gələndə hadisə ilə bağlı ətraflı məlumat yayımlanacaq…

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Mövzunu diqqətdə saxlayacağıq.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info