ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi



ABŞ Ukraynaya bu yaxınlarda verdiyi uzaqmənzilli ATACMS raketləri ilə Krımdakı hədəfləri vurmağa icazə verib.

Bu barədə “Nyu York Tayms” Pentaqondakı yüksək çinli rəsmilərə istinadla məlumat yayıb.

“Pentaqon yarımadanı Rusiya hava və quru qüvvələrinin mərkəzi adlandırıb. Buna görə də ATACMS sistemlərindən istifadə edərək zərbələrin məqsədi Krıma daha çox təzyiq göstərmək olacaq”, - məlumatda qeyd olunub.

Bundan başqa, ATACMS Rusiya ordusunun xətlərinin arxasına zərbələr endirmək üçün istifadə edilə bilər. Bu raketlərin hədəfi Ukraynanın cənub-şərqindəki Rusiya təchizat qovşaqları olacaq.

Qeyd edək ki, ABŞ-ın Ukraynaya hərbi yardım paketinə 300 km-lik ATACMS raketləri də daxildir.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info