Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.

Doqquzmərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb.( APA)

Fakt araşdırılır.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info