FIFA prezidenti “Qarabağ”ı təbrik etdi

FIFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibi olmuş "Qarabağ" klubunu təbrik edib.

Funksioner bununla bağlı AFFA prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb.

“Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam! Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info