"Tarixin bir günü"nün yayımı dayandırıldı

Aparıcılığını Tarix Əliyevin (Tolik) etdiyi "Tarixin bir günü" proqramının yayımı dayandırılıb.
Ulutv.info xəbər verir ki, bu haqda Tolik özü məlumat yayıb. Onun sözlərinə görə, proqram bir həftə efirə getməyəcək. T.Əliyev bildirib ki, buna səbəb Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinə qarşı aparılan lokal xarakterli antiterror tədbirlərində şəhid verməsidir.

"Qarabağda baş verən qələbə xəbərlərinə görə sevinsək də, şəhid xəbərlərinə göz yaşı axıdırıq. Bu səbəbdən layihə rəhbəri və aparıcısı olduğum "Tarixin bir günü" verilişi bir həftə yayımlanmayacaq", - deyə o, bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info