Naxçıvan səhiyyəsində TOTAL BAHALAŞMA

Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzində müalicə qiymətləri günü-gündən bahalanır, xidmət isə aşağı düşür.

Ulutv.info bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a mərkəzdə müntəzəm müalicə alan şəxslər məlumat verib. Onlar deyir ki, əvvəllər 80-100 manat ödəməklə, 15 gün müalicə ilə yanaşı bütün xidmətlərdən pulsuz istifadə edə bilirmişlər. Hazırda isə, 15 günlük müalicə üçün bundan üç-dörd qat artıq xərc çıxır. Duzdağda müalicə qiymətlər 2018-ci ildən bəri, yəni mərkəz dövlət balansından çıxarılıb, publik hüquqi şəxs statusu aldıqdan sonra tədricən bahalaşmağa başlayıb.

Şirvan rayonundan olan Sarvan İsmayılov deyir ki, astma xəstəliyindən bir neçə il öncə burada uğurlu müalicə alıb. Hazırda isə, 11 yaşlı oğlu həmin xəstəlikdən əziyyət çəkdiyindən, bu yaxınlarda yenidən mərkəzə üz tutmalı olub:

„Əvvəl 100 manatla iki həftəlik müalicəni başa vurumaq olurdu. Bu dəfə 11 yaşlı oğlumu gətirdim və qiymətlərdən şoka düşdüm. Böyüklərin bir günülük müalicə alması 24, uşaqlarınkı isə, 12 manat olub. Bundan əlavə, seansa girən uşaqları gözləyəndə, valideynlərdən hər saat üçün bir manat alırlar. Seans təxminən 10 saat çəkir, bu da gündəlik on manat pul edir. Yataq üzünün dəyişdirilməsi və digər xidmətlər üçün də pul alırlar. Habuki, əvvəllər hamısı pulsuz idi“.

İmişli rayon sakini Nəcəf Qurbanov da qiymətlərin bahalığından şikayətlətnir:

“Bu il 10 yaşında olan övladımı Naxçıvandakı Duzdağa aparmışdım. Qiymətlər həddindən artıq bahadır. Böyüklər günlük 24, uşaqlar 12 manatdır. Avtobuslar da pulludur. Xəstələrin sayı çox olduğu üçün,servis xidmətindən istifadə edə bilmədik. Bir neçə nəfərlə taksi xidmətindən istifadə etməli olduq. Gğzlədiyimdən 3 dəfə artıq xərcim çıxdı. Hətta yataq dəstinin üzünü dəyişmək üçün xəstələrdən hər gün 3-5 manat alırdılar”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info