Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 3 vaksin vurulub.

Bu barədə Ulutv.info-ya report-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ və pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya qeydə alınmayıb.

İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 nəfər, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 nəfər təşkil edib.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 829 030-dır.



Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info