TƏBİB: Babadağda köməksiz vəziyyətdə qalan üç nəfərin vəziyyəti qənaətbəxşdir

Bu gün saat 15:44 radələrində təcili tibbi yardım avtomobili ilə İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qalan üç nəfər Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və qardaşı Xudaverdiyev Emil Aqil oğlu İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

TƏBİB-dən Ulutv.info-nun apa-ya istinadən sorğusuna cavab olaraq bildirb ki, hər üç şəxsə də bədənin müxtəlif nahiyələrində yumşaq toxumaların əziyi və sıyrıntıları diaqnozu qoyulub. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş olub.

Hər biri vəziyyətləri qənaətbəxş olduğu üçün xəstəxanada yatmaqdan imtina ediblər və yazılı iltizam yazdıqdan sonra ambulator müalicə üçün evə buraxılıblar.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info