9 may - Faşizm üzərində qələbə günü ilə bağlı veteranlar ziyarət olunub - FOTO

Mayın 8-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görüş keçirilib.

SHXÇDX rəisinin müavini general-leytenant Zaur Abdullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi Mürsəl İbrahimovun adından Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlərinə ünvanlanmış təbriki çatdırıb. General-leytenant Zaur Abdullayev qeyd edib ki, faşizm üzərində qələbədən 78 il keçsə də, xalqımız hər il 9 May tarixini təntənəli surətdə qeyd edir. O, bildirib ki, Xalqımızın igid oğul və qızlarının İkinci Dünya müharibəsi zamanı göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə mübarizə aparanların əmək rəşadəti hamı üçün əvəzsiz və qiymətli örnəkdir.

Təşkilatın sədri Fatma Səttarova İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü ilə bağlı veteranlarla görüşlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə və hal-hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən veteranlarımız xüsusi diqqətlə əhatə olunublar. F.Səttarova veteranlara və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Sonda vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə Fatma Hüseyn qızı Səttarova “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.


Həmçinin SHXÇDX-nin yerli struktur bölmələri tərəfindən respublikanın şəhər və rayonlarını əhatə etməklə İkinci Dünya müharibəsi veteranlarının ziyarəti həyata keçirilib.


Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info