Xanım məktəb direktorunun həbs etdirdiyi jurnalistin Ali Məhkəməsi olacaq

Yevlax şəhərindəki M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin direktoru Sədaqət Əvəz qızı Şükürovanın şikayəti əsasında həbs edilən jurnalistin Ali Məhkəməsi olacaq.

“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 182.2.2 (Hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddəsi ilə məhkum olunan Nicat Nəriman oğlu Baxşəliyevin məhkəmə prosesinə hakim Tahir Kazımov sədrlik edəcək.

Qeyd edək ki, Nicat Baxşəliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin 23.09.2023-cü il tarixli hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
İttihama görə, N. Baxşəliyev rəhbəri olduğu "amia.az" saytı vasitəsilə ayrı-ayrı şəxslər barəsində neqativ xarakterli yazlar yazmaqla onlara təzyiq edərək, hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilib.

Təqsirləndirilən şəxs barəsində Yevlax şəhərindəki M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin direktoru Sədaqət Əvəz qızı Şükürova şikayət edib və bunun əsasında cinayət işi başlanıb.

Onu da deyək ki, Nicat Baxşəliyev Sumqayıt Səhiyyə Şöbəsinin sabiq müdiri Nəriman Baxşəliyevin oğludur.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info