Transxəzər dəhlizinin rəqəmsallaşdırılması müzakirə olunub - FOTO

Azərbaycan və BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) arasında Transxəzər dəhlizinin rəqəmsallaşdırılması müzakirə olunub.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazir Mikayıl Cabbarov Bakıda keçirilən SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) Həftəsi çərçivəsində UNECE-NİN icraçı katibi Tatyana Molçanla görüşüb.

Görüşdə Azərbaycanla UNECE arasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, həmçinin SPECA proqramı çərçivəsində sıx əməkdaşlığın mövcudluğu qeyd edilib. Bakıda keçirilən SPECA Həftəsinin Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi-ticarət, nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması, “yaşıl” iqtisadiyyata keçid, energetika və digər sahələrdə əlaqələrin inkişafı baxımından faydalı olduğu vurğulanıb. Bu baxımdan Azərbaycanın səyləri təqdir edilib.
Tərəflər Azərbaycan-UNECE işbirliyinin prioritet istiqamətləri və gündəlikdə olan məsələlər barədə fikir mübadiləsi aparıb, ticarət, innovasiya və dövlət-özəl tərəfdaşlığının təşviqi, SPECA regionu çərçivəsində əlaqələrin perspektivləri, Transxəzər dəhlizinin rəqəmsallaşdırılması üçün yol xəritəsinin reallaşdırılması imkanlarını müzakirə ediblər.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info