SOCAR İsrailin Aralıq dənizindəki iqtisadi sularında qaz axtarışına başlayacaq

İsrailin Energetika Nazirliyi ölkənin Aralıq dənizindəki eksklüziv iqtisadi sularında qaz axtarışı üzrə iki tenderin qaliblərini elan edib.

Məlumata görə, G-6 klasterində lisenziya İsrailin “Dana Petroleum” və “Razio” şirkətləri və İtaliyanın ENI konsorsiumuna veriləcək. I-6 klasterində isə lisenziya İsrailin “New Med”, Böyük Britaniyanın bp və Azərbaycanın SOCAR şirkətlərinə veriləcək.

Lisenziyalar üç il müddətinə etibarlıdır və bu müddət ərzində konsorsiumlardan klasterdə qazın mövcudluğu potensialını qiymətləndirmək üçün fəaliyyət planını həyata keçirmələri tələb olunur. Bundan sonra kəşfiyyat-qazma işlərinin həyata keçirilməsi şərti ilə lisenziyanın hər biri iki il müddətinə olmaqda iki dəfə uzadılması mümkündür.
Qeyd edək ki, ENI və bp Aralıq dənizi qaz bazarında əsas oyunçulardır. 2020-ci ildə Azərbaycan şirkəti “Aşdod” neft emalı zavodunu almaq üçün müraciət edib.

Mənbə: News.ru
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info