Maliyyə Monitorinqi Xidməti 15 illiyini qeyd edir

23 fevral tarixində Maliyyə Monitorinqi Xidmətinin yaradılmasının 15 illiyi qeyd edilib.
Bununla əlaqədar Xidmətin kollektivi Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər
Əliyevin xatirəsini ehtiramla yad edib. Sonra Şəhidlər Xiyabanında ölkəmizin azadlığı
uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanlarımızın məzarları ziyarət olunub.
Maliyyə Monitorinqi Xidmətinin 15 illik yubileyinə həsr edilmiş tədbirdə iqtisadiyyat naziri
Mikayıl Cabbarov Xidmətin heyətini xüsusi gün münasibətilə təbrik edib, gələcək
fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən
siyasətin Azərbaycanda ədalətli bazar və sağlam iqtisadi maliyyə münasibətlərinin davamlı
inkişafına, iqtisadi təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyi vurğulanıb. Avropa
Şurasının 5-ci raund MONEYVAL qiymətləndirmə prosesinin ölkəmiz üçün uğurlu
nəticəsində Maliyyə Monitorinqi Xidmətin xüsusi rolu olduğu qeyd olunub.
Qurumun İdarə Heyətinin sədri Zaur Fətizadə Maliyyə Monitorinqi Xidmətinin əldə etdiyi
uğurlara, cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun
maliyyələşdirilməsi ilə mübarizə sisteminin beynəlxalq standartlara uyğun formalaşdırılması
və inkişaf etdirilməsi istiqamətində atılmış addımlara dair təqdimatla çıxış edib.
Sonda Xidmət əməkdaşları təltif edilib.


Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info