Latviya ilə əməkdaşlığın inkişafı müzakirə edilib

Latviya ilə ölkəmizdə istehsal edilən qeyri-neft məhsullarının ixracı, alternativ enerji, kənd
təsərrüfatı, qida təhlükəsizliyi və s. istiqamətlərdə əməkdaşlığa dair müzakirələr aparılıb
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Latviya Respublikasının kənd təsərrüfatı
nazirinin müavini Normunds Şmits ilə görüşüb.
Görüşdə Azərbaycanla Latviya arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli
qarşılıqlı səfərlərin və keçirilən görüşlərin rolu qeyd edilib, ölkəmizdə aparılan iqtisadi islahatlar,
əlverişli investisiya mühiti və tətbiq edilən güzəştlər barədə məlumat verilib. Bildirilib ki, Latviya
şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında, sənaye
parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə, həmçinin digər iqtisadi
sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.
Görüşdə tərəflər iqtisadi-ticarər əlaqələrinin genişləndirilməsi istiqamətləri, o cümlədən
ölkəmizdə istehsal edilən qeyri-neft-qaz məhsullarının ixracı, birgə layihələrdə iştirak, kənd
təsərrüfatı, alternativ enerji, qida təhlükəsizliyi və s. istiqamətlərdə əməkdaşlığa dair fikir
mübadiləsi aparıblar.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info