DÇ-2022-dən nə qədər gəlir əldə ediləcək?

Bu il Qətərdə keçiriləcək dünya çempionatından əldə ediləcək gəlir bəlli olub.

Ulutv.info-nun qaynarinfo-ya istinadən məlumatına görə bu barədə DÇ-2022-nin icraçı direktoru Nasser Əl-Xater açıqlama verib.

Onun sözlərinə görə, FIFA-nın hesablamalarına əsasən, mundialın gəlirləri 6 milyard dollara çata bilər. Ərəb funksioner onu da bildirib ki, yarışın açılışına üç ay qalmış azarkeşlər üçün xüsusi kart sınaqdan keçiriləcək.. Bu kart tərəfdarların ölkəyə giriş üçün viza və stadionlara buraxılış rolunu oynayacaq.

Dünya çempionatı üçün sonuncu stadionun açılış mərasimi sentyabrın 9-da Lusail şəhərində gerçəkləşəcək. Burada Misir və Səudiyyə Ərəbistanı çempionları Lusail Superkuboku uğrunda matçda üz-üzə gələcəklər. Hayya kartı ilk olaraq bu qarşılaşmada istifadə olunacaq.

DÇ-2022 20 noyabr - 18 dekabr tarixlərində keçiriləcək.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info