Vadji Fransada nə vaxt debüt edəcək?

"Qarabağ"dan Fransa klubu "Sent Etyen"inə transfer olunan İbrahima Vadjinin yeni komandasında debüt edəcəyi vaxt müəyyənləşib.

Ulutv.info qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "L Equipe" nəşri məlumat yayıb. 27 yaşlı hücumçunun sentyabrın 5-də Liqa 2-də VII turun "Pau" ilə səfər oyununda meydana çıxacağı bildirilib.

Seneqallı forvard bu gün və ya avqustun 30-da "Sent Etyen"də tibbi müayinədən keçəcək. Bu səbəbdən, o, sabah 6-cı turda keçiriləcək "Bastiya" ilə matçda iştirak edə bilməyəcək.

Fransa təmsilçisi Vadjinin keçidi üçün "köhlən atlar"a 1 milyon avrodan çox vəsait ödəyəcək. Hücumçu "Qarabağ"a 2021-ci ilin avqustunda transfer olunub.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info