İslamiada: Azərbaycan növbəti qızıl medalı qazanıb

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.

Ulutv.info report-a istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən cüdoçu Balabəy Ağayev finalda özbəkistanlı idmançı Kamran Nurullayevə ipponla qalib gəlib.

Qadınların yarışında 48 kq-dakı Könül Əliyeva finalda Türkiyə idmançısı Tuğce Bederə məğlub olaraq gümüş medalla kifayətlənib. Eyni çəkidəki Leyla Əliyeva üçüncü yer uğrunda görüşdə Tunis təmsilçisi Umayma Bediuiyə yenilib.

16:55
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha iki Azərbaycan cüdoçusu finala çıxıb.

Ulutv.info report-a istinadən xəbər verir ki, Könül Əliyeva (48 kq) yarımfinalda Əzizə Şakiri (Mərakeş) məğlub edib. Onun finaldakı rəqibi meydan sahibi Türkiyə idmançısı Tuğce Beder olacaq.

Bu çəkidə yarışan Azərbaycanın daha təcrübəli digər cüdoçusu Leyla Əliyeva isə yarımfinalda həmin Bederə məğlub olub. O, bürünc medal uğrunda görüşdə Umayma Bediui (Tunis) ilə qarşılaşacaq.

Nəriman Mirzəyev (73 kq) qırğızıstanlı Çingizxan Saqınəliyevi məğlub edərək finala çıxıb.

Bu çəkidə çıxış edən Telman Vəliyev isə təsəlliverici yarışda Ud Zurdanini (Əlcəzair) məğlub edib. Vəliyevin bürünc medal üçün rəqibi Faye Njie (Qambiya) olacaq.

Qeyd edək ki, həlledici görüşlər bu gün saat 17:00-dan etibarən başlayacaq.

16:25
60 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Balabəy Ağayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala çıxıb.

Ulutv.info report-a istinadən xəbər verir ki, o, yarımfinalda türkmənistanlı idmançı Haqverdi Cumayevə qalib gələrək, finala vəsiqə qazanıb. Balabəy finalda özbəkistanlı idmançı Kamran Nurullayev ilə qarşılaşacaq.

Həmçinin Azərbaycanın digər idmançılarından Nəriman Mirzəyev (73 kq), Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi 48 kq) yarımfinala çıxıblar.

Telman Vəliyev (73 kq) 1/4 finalda uduzub və bürünc medal üçün təsəlliverici yarışa qatılacaq. İbrahim Əliyev (66 kq), Gültac Məmmədəliyeva (52 kq), Səbinə Əliyeva (57 kq) və Nərgiz Hacıyeva (63 kq) isə uduzaraq medalsız qalıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info