Yer səthindən 1200 m hündürlükdə: Dəniz xüsusi təyinatlılarının ekstremal məşqləri - VİDEO

Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, HDQ-nin Dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 600 və 1200 metr hündürlükdən çətinləşdirilmiş paraşüt tullanışları Dəniz xüsusi təyinatlıları tərəfindən uğurla yerinə yetirilib.
Bundan başqa, helikopterlərdən müxtəlif üsullarla enmə tapşırıqları da icra edilib.

Keçirilən məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək və ekstremal şəraitlərdə döyüş tapşırıqlarının icrası üzrə praktiki vərdişlərini təkmilləşdirməkdir.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info