"Qarabağ" Avropa Liqasında vacib matça çıxır


Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Azərbaycan təmsilçisi "Qarabağ" da qrupda sonuncu və vacib matçına çıxacaq.

Qurban Qurbanovun komandası Bakıda "Hekken"i qəbul edəcək. Bugünkü görüş "Qarabağ" və Azərbaycan futbolu üçün tarixi nəticə ilə yadda qala bilər. İsveçdə keçirilən matçda "Hekken"ə 1:0 hesabı ilə qalib gələn Ağdam klubu bu oyunda da rəqibini üstələsə, 2-ci yerin sahibi kimi qrupdan çıxacaq və tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksələcək. "Qarabağ" heç-heçə sayəsində də bunu bacara bilər. Bunun üçün qrupun digər oyununda "Molde" "Bayer"ə qalib gəlməməlidir.

14 dekabr

UEFA Avropa Liqası

21:45."Qarabağ" (Azərbaycan) - "Hekken" (İsveç)

Baş hakim: Yucin Caya (Albaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

21:45."Bayer" (Almaniya) - "Molde" (Norveç)
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info