ABŞ səfiri Qırmızı Qəsəbədə olub

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Quba rayonunun Qırmızı Qəsəbə kəndində olub.

Bu barədə səfirliyin “X” sosial şəbəkəsində məlumat paylaşılıb.

“ABŞ səfiri və xanımı Danusya Libbi yəhudilərin Pesax bayramını qeyd etmək üçün Quba rayonundakı Qırmızı Qəsəbə kəndində olublar. Burada dağ yəhudiləri icmasının nümayəndələri ilə görüşüblər. Onlar sinaqoqlara, muzeylərə, eləcə də Tağlı Körpüyə baş çəkiblər”, - paylaşımda qeyd edilib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info