Azərbaycanda istehsal, idxal və ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 9 milyard 248,6 milyon kVt/saat, ixrac 407 milyon kVt/saat, idxal isə 62,2 milyon kVt/saat olub.

Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, yanvar-apreldə İstilik Elektrik Stansiyaları üzrə 8 milyard 198 mlyon kVt/saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 464,5 milyon kVt/saat artımla 1 milyard 050,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info