“114 CARS” tərəfindən aldadılan vətəndaş fəryad edir - VİDEO

BakuNews.az xəbər verir ki, Redaksiyamıza müraciət edən Cahangir Əliyev Ağaməli oğlu “114 CARS” rəhbərliyi tərəfindən aldadıldığını və 2 ildir qeyd edilən tərəfdən maşını geri ala bilmədiyini deyir. C.Əliyev bildirib ki, “114 CARS” sahibkarı ilə anlaşması nəticəsində Leksus markalı 10-NY-666 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 44.000 manata alqı satqısı barədə razılıq əldə edilib. İlkin ödəniş olaraq C.Əliyevin nəqliyyata görə 20.000 (iyirmi min manat) vəsaiti ödənişin etdikdən sonra yerdə qalan 24.000 manat “114 CARS”a əlbə əl hər ay ödənilməsi barədə razılaşdırılıb. Kamil Zahidovla Cahangir Əliyevin anlaşmasına vasitəci isə hər iki tərəfin tanıdığı Haşimov Əbdül Fərhad oğlu (özünü hamıya Qasım kimi tanıdan) şəxsləri tanış edib. Qanunla atılan addımların dələduzluğ kimi qiymətləndirilməsinə əsas rolu oynayanlardan biridə Haşəmov Əbdül və nəqliyyatın adına rəsmiləşdirilməsinə razılıq verən Nəcəfova Təranə Nobil qızı olub. Bu iki şəxs hər iki anlaşan şəxslər tərəfi kimi tanınan simalardır. Lakin biri digərinin əmlakını öz borclarına qurban verib xanım isə qanunsuz olaraq lizing öhdəliyin yəni bank səlahiyyətlərini icraçısı rolunu ifa edib. Burada T.Nəcəfova adına rəsmiləşdirilmiş nəqliyyatı alan şəxsin xəbəri olmadan daimi müştərilərindən olan Həşimov Əbdülə etibarnamə verib. Cahangir Əliyevin məsələdən nəqliyyatı əlindən alındıqdan və ödədiyi 38500 manat geri qaytarılmadığı zaman xəbər tutur.

Cahangir qeyd edir ki, nəqliyyatı alan mən lakin mənim tanıdığım adamlara Kamil Zahidov xəbərim olmadan etibarnamə verib. Bu günə qədər Kamilin bütün tələblərinə israr etmədən əməl etmişəm. Lakin bu gün artıq iki il müddətdir ki, mənə məxsus nəqliyyatı və üzərində olan 3000 manat dəyərində nömrəmi geri ala bilmirəm. Şəxslərin başıma açdığı bu qondarma kredit oyunundan sonra bilmişəmki bu “114 CARS” qanuni olmayan proseslərlə fəaliyyətdədir. “114 CARS” mənə nəqliyyat vasitəsi satıb lakin ödəniş bölgüsü sözdə olsada kağız üzərində mövcud olmayıb. Mənə ödənişi edənə qədər nəqliyyatımın Təranə xanımın adında qalacağı və ödəniş bitdikdən dərhal sonra nəqliyyat vasitəsinin adıma keçiriləcəyi bildirilmişdi. Nəqliyyat məndə sadəcə 4 ay qalıb və ilkin ödənişdən sonra bir dəfəm olmaqla 18500 azn ödəniş etdirilib mənə. Ümumi razılaşdırılmış qiymətə görə mənim “114 CARS” ödəməli olduğum 5500 manat qalıq qalıb. Lakin 4 aydan sonra nəqliyyatda yaranan problemlə baqlı avtomobili salona qoydum əvəzində HYUNDAİ markalı avtomobil istədiyimi bildirdim Kamil Zahidov buna razılıq versədə bir müddət sonra məndən xəbərsiz LEXSUS-umu satmış hətta 3000 manatlıq bronda olan nömrəmidə başqa bir şəxsə satmaqla mənə qarşı dələduzluq etmişdir.

Digər tərəfdən aparılan araşdırmalardan dövlət ödənişlərindən yayınma hallarıda olan bu işdə artıq qurumların buna laqeyd yanaşması yol verilməzdir. Səbail rayon Polis idarəsində olan Cahangir Əliyevin şikayəti rədd edilib. Burdan isə sual yaranır. Polis Vuqar Məcidov şikayətçinin şikayətinin subutları olduğu halda cinayət işinə niyə xitam verib? İlk öncə məsələ ilə bağlı Polis idarəsində aparılan işə xitam verilməsinə dair Cahangir Əliyev bildirir ki, şəxs Səbail ərazisində fəaliyyət göstərdiyi üçün həmin idarənin əməkdaşını hansısa yollarla razılığa gətirib və bu minvalda mənim şikayətimə rədd cavab verilib. Vuqar Məcidovun vətəndaşın haqlı şikayətinə laqeyd qalması “114 CARS” şirkətinin yüksək məbləğlərdə vəsaitin dövlət büdcəsindən yayınma halının açılmamasına gətirib çıxarıb.
LEXSUS 90-OM-688 yeni dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 44.000 manata anlaşıldığı halda rəsmiləşdirilmə zamanı dövlət büdcəsinə ödənilməli olan vəsaitdə Kamil Zahidovun şəxsi büdcəsində qalıb?
Əbdül ilə telefon əlaqəsi yaratdıq. Şəxs bildirdiki maşın Cahangir üçün alınıb və puluda Cahangir Kamil Zahidova ödəyib. Kamil Zahidovun qeyd etdiyi ki, Qasımın pulu bilmişəm məsələsinədə aydınlıq gətirərək qətiyən bu mümkün ola bilməz dedi. Mənim pulumu Cahangir niyə aparıb ödəməlidir ki, mən bir neçə maşın almışam və borclarımıda özüm ödəmişəm Kamil Zahidova. K.Zahidovun iddiallarını təkzib edilməsi artıq “114 CARS” tərəfindən vətəndaşın aldadılması məsələsinə aydınlıq gətirdi. Kamil Zahidovun bu məsələ ilə bağlı danışmaq istediyin bildirməsi lakin görüşlərdən qaçması telefon əlaqələrindən yayınmasıda vətəndaşın ittihamının əsaslı olduğuna gətirib çıxardır.
Bütün bunlara baxmayaraq qarşı tərəfin mövqeyini dinləməyə yenədə hazırıq.


E-mail: baku.news@mail.ru
www.tiktok.com/@baku_news_az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info