Qazaxın icra başçısı Rəcəb Babaşovun qohumu Sabirabadda “at oynadır”-Şikayət

Turantv.az saytının elektron poçt ünvanına bir qrup Sabirabad rayon sakinlərinin adından Kamil Həsənov adlı vətəndaşın şikayət məktubu daxil olub.Sözügedən həmən məktubu sizə təqdim edirik:

Əslən Sabirabad rayonundan olan və hal-hazırda Qazax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində olan Rəcəb Babaşovu hər kəs tanıyır. Tanımayanlar da google-da axtarış verib yaxından tanış ola bilər. “Maşallahı” var Rəcəb Babaşovun adı bir-çox qalmaqallı məsələlərdə çəkilib. Rəcəb Babaşov özü Qazaxda “at oynadır”, qohumu Niyaz Hüseynov adlı şəxs də Sabirabadda at oynadır.

Niyaz Hüseynov kimdir?

Sabirabad rayonu Heydər Əliyev prospektində yerləşən OMEGA klinikasının sahibidir. Bütün Sabirabad camaatı bilir ki, “Omega” klinikasında çalışan həkimlər həm də Sabirabad rayon Mərkəzi Xəstəxanasının həkimləridir. Omeqa klinikasının sahibi Niyaz Hüseynov, qohumu Qazaxı icra başçısı Rəcəb Babaşova arxalanıb Sabirabad rayon Mərkəzi Xəstəxanasında işləyən həkimləri gətirdib öz klinikasında işlədir. Sonrada deyirik ki, xəstəxanalarda həkim yoxdur, həkim istəyən də qaçır Omega klinikasına. Hələ Bakı şəhərindən gələn həkimləri demirik.

Bir sözlə omeqa klinikasında xəstə əlindən “iynə atsan yerə düşməz”, bütün Sabirabad camaatı oraya gəlir. Maraqlısı isə budur ki, aidiyyatı qurumlar gəlib yoxlama aparmır ki, bu həkimlərin adı Sabirabad rayon Mərkəzi Xəstəxanasında getdiyi halda necə olur ki, omeqa klinikasında işləyirlər? Ən dəhşətlisi isə odur ki, Omega klinikasında qanunsuz olaraq abort halları baş alıb gedir və bir çox gizlin cərrahi əməliyyatlar həyata keçirirlər.
Dövlət Vergi Xidməti gəlib ciddi yoxlama aparsa omeqa klinikasında bəlkə yüz min manatlarla miqdarda vergidən yayınma halları ortaya çıxar. Hətta bu klinikada yanğın təhlükəsizliyi sahəsində çox ciddi nöqsanlar olduğu halda aidiyyatı qurumlar buna göz yumur. Külli miqdarda vergidən yayınma halları olduğu halda aidiyyatı qurumlar buna göz yumur.
Sertifikasiyasının vaxtı bitdiyi halda işləyən həkimlərə görə aidiyyatı qurumlar göz yumur. Bir sözlə Omega klinikasının sahibi Niyaz Hüseynov qohumu Qazaxın icra başçısı Rəcəb Babaşova güvənərək Sabirabadda at oynadır və bir qurum da gəlib ona gözün üstə qaşın var deyə bilmir.
Media qurumlarından xahiş edirik ki, müraciətimizi saytlarda işıqlandırsınlar ki, bəlkə aidiyyatı qurumlar vergi sahəsində, fövqəladə hallar sahəsində və səhiyyə sahəsində omeqa klinikada ciddi yoxlamalar aparar. Bəlkə bu müraciətdən sonra Omega klinikasının sahibi Niyaz Hüseynov, qohumu Qazaxın icra başçısı Rəcəb Babaşova arxalanıb etdiyi qanunsuz əməllərindən imtina edərək qanun çərçivəsində çalışar və Qazaxın icra başçısı da başa düşər ki, cənab Prezident İlham Əliyev onu o vəzifəyə “at oynadmaq” üçün yox xalqa xidmət etmək üçün təyin edib.
Etdiyimiz müraciətdə yazılanlara görə məsuliyyət bizə aiddir.

Sabirabad rayon sakinləri tərəfindən:
– Həsənov Kamil Mədət oğlu
– Quliyev İlkin Seymur oğlu
– Əlizadə Emil Akif oğlu
– Məmmədova Könül Nəriman qızı
– Ağayeva Bikə Səlim qızı
– Nurullazadə Cəmil Əli oğlu
– Tağızadə Səmayə Behtulla qızı


2 sentyabr 2023-cü il.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 19 may 2016-cı il tarixli Sərəncamı ilə, Rəcəb Abas oğlu Babaşov Qazax RİH-ə başçı təyin olunub.

Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info