Terrora görə oyun ləğv olundu, “Qarabağ”ın düşərgəsinə dönür


Rusiya millisinin qapıçısı Andrey Lunyov bu gün "Qarabağ"ın düşərgəsinə qoşulacaq.

Bu barədə Lunyov "Championat" nəşrinə açıqlamasında məlumat verib.

Qeyd edək ki, bu gün keçirilməli olan Rusiya-Paraqvay yoldaşlıq oyunu “Crocus City Hall”da törədilmiş terror aktına görə ləğv edilib.

Rusiya martın 21-də Serbiyaya dörd cavabsız qolla qalib gəlib. Andrey Lunyov bu matçda meydana çıxmayıb.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info