“Kiyev rejimi Rusiyanın bir hissəsini işğal edib”

“Rusiya ərazilərinin bir hissəsi hazırda de-fakto olaraq Kiyev rejimi tərəfindən işğal olunub”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “aif.ru” saytına müsahibəsində bildirib.

“Federasiyanın dörd yeni subyekti var. Bizim üçün əsas məsələ bu subyektlərdəki insanları qorumaq və həmin subyektlərin hazırda Kiyev rejimi tərəfindən de-fakto işğal olunmuş ərazilərini azad etməkdir”, - Peskov deyib.

Kreml rəsmisi düşünür ki, Rusiya öz sərhədlərində Krımı, o cümlədən Donbass və Novorossiya ərazilərini ondan almaq üçün istənilən üsuldan istifadə etmək niyyətində olan dövlətin mövcudluğuna icazə verə bilməz.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info