Ukrayna Xersonda rusların birinci müdafiə xəttini yardı, rus desantları qaçır

Qondarma "DXR” qüvvələri Xerson vilayətindəki mövqelərindən geri çəkilib, onlara dəstək olan rus desantları isə döyüş meydanından qaçıblar.

Ulutv.info qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə RBC-Ukrayna "Kaxovka" əməliyyat qrupuna istinadən məlumat yayıb.

"DXR-in 109-cu alayı Xerson vilayətindəki mövqelərindən geri çəkilib, onlara dəstək olan rus desantçıları döyüş meydanından qaçıblar”, - məlumatda deyilir.

Videonun kadrlarında Ukrayna hərbçilərinin birinci müdafiə xəttini yardığını etiraf edən rus əsgərini görmək olar.


Ukrayna Silahlı Qüvvələrinin irəliləyişini Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Qumenyuk təsdiqləyib.
Ukrayna Silahlı Qüvvələrinin irəliləyişini Xerson Vilayət Şurasının deputatı Sergey Xlan da təsdiqləyib. Onun sözlərinə görə, işğalçıların məhv edilməsi coğrafiyası genişlənir. Yalnız bu gecə və günün birinci yarısında Ukrayna Silahlı Qüvvələri aşağıdakı ərazilərə zərbələr endirib:

Xerson;
Antonovka;
Oleşki;
Novaya Kaxovka;
Lyubimovka;
Berislav.

Digər xəbərə görə, Xerson vilayətində Ukrayna hərbçiləri demək olar ki, bütün böyük körpüləri dağıdıb, yalnız piyada keçidləri qalıb.

"Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində vəziyyət olduqca çətindir. Böyük və dəhşətli HİMARS demək olar ki, bütün əsas körpüləri (Antonov dəmir yolu, avtomobil və Novokaxovka) dağıdıb. Yalnız piyada keçidləri qalıb", - məlumatda deyilir.

Hərbçilərin məlumatına görə, Rusiya ordusu işğal olunmuş Krım ərazisindən silah və şəxsi heyətin təchizatından kəsilib.
"Ukrayna üçün bu, öz ərazilərini qaytarmaq üçün böyük şansdır", - Kaxovka Operativ qoşun qruplaşmasından əlavə ediblər.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info