Türkiyə İsrailin hərəkətlərini pisləyir

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya hava zərbələri və Əl-Əqsa məscidinə basqınlarını pisləyən bəyanat yayıb.

Ulutv.info apa-ya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsrailin mülki şəxslərə qarşı davam edən hücumları şiddətlə pisləndiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, İsrailin avqustun 5-də Qəzzaya başlatdığı hücumlar aralarında uşaqların da olduğu çox sayda mülki şəxsin ölümünə səbəb olub:

"Əlavə olaraq, bu gün İsrail parlamentinin üzvü İtamar Ben-Gvir və fanatik yəhudi qruplarının İsrail polisi mühafizəsi altında olan Əl-Əqsa məscidi basqın etdiyi öyrənilib".

Türkiyə XİN bu hadisələri şiddətlə qınadığını deyib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info