KİV: Misir Qəzzada tərəflərlə atəşkəsi razılaşdırıb

Bu gün Qəzza zolağında İsrail Müdafiə Qüvvələri ilə "İslami Cihad"ın nümayəndələri arasında atəşkəs başlayacaq.

Bu barədə Ulutv.info “Al Jazeera”yə istinadən xəbər verir.

Misir rəsmilərinin yaxın vaxtlarda açıqlama verəcəyi bildirilir. Atəşkəsin saat 20:00-da qüvvəyə minəcəyi gözlənilir. Bunun nə qədər davam edəcəyi hələ məlum deyil.

Eyni zamanda, nə İsrail, nə də “İslami Cihad” qruplaşması indiyədək atəşkəs barədə razılıqlarını açıq şəkildə bəyan ediblər.

Xatırladaq ki, daha əvvəl “The Times of Israel” mənbələrə istinadən İsrailin atəşkəsə razılaşdığını və Fələstin tərəfdən cavab gözlədiyini yazıb.

Bundan əvvəl ölkənin maliyyə naziri Aviqdor Liberman İsrailin Qəzza zolağında əməliyyatı dayandırmağa hazır olduğunu bildirərək, bunun üçün şərtləri açıqlayıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info