Təmir işçiləri kanalizasiya quyusundan çıxa bilmirlər - Kömək çağrıldı

Moskvanın cənub-şərqində 12 nəfərdən ibarət təmir briqadası əməkdaşları kanalizasiya quyusunda qalıblar. Onlar güclü yağış nəticəsində quyunun dolması səbəbindən yuxarıya çıxmaqda çətinliklə üzləşiblər.

Ulutv.infooxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar günü, avqustun 7-də Moskva prokurorluğu məlumat yayıb.

Məlumata görə, hadisə Lyublino adlanan ərazidə, Krasnodarskaya küçəsində, briqadanın təmir işləri apardığı kollektorun yanında baş verib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəlib. Təmir işçilərindən bəziləri quyudan çıxarılıb. Bəzilərinin isə axtarışları davam edir.
Moskvanın cənub-şərqində 12 nəfərdən ibarət təmir briqadası əməkdaşları kanalizasiya quyusunda qalıblar. Onlar güclü yağış nəticəsində quyunun dolması səbəbindən yuxarıya çıxmaqda çətinliklə üzləşiblər.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info