Finlandiyanın Prezidenti: “Avropa İttifaqı ölkələri iqtisadi tənəzzüllə üzləşəcək”

“Ukrayna münaqişəsi səbəbiylə Avropa İttifaqı ölkələri iqtisadi tənəzzüllə üzləşəcək”.

Ulutv.info report-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Prezidenti Sauli Niinistö “Maaseudun Tulevaisuus” nəşrinə müsahibəsində deyib.

“Finlandiya və digər Avropa İttifaqı ölkələrinin vətəndaşları iqtisadiyyatın ildən-ilə artmayacağına öyrəşməli olacaqlar. Bu, Avropanın birliyinə mənfi təsir göstərə bilər, çünki inkişaf birdən-birə dayanır, çağırışların sayı artır”, - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, bu baxımdan, Finlandiyanın NATO-ya daxil olma prosesinə baxmayaraq, təhlükəsizlik sahəsində özünü qoruması, əhalinin ərzaqla təmin olunması məsələsində müstəqilliyi əsas vəzifələrə çevrilir.

O əlavə edib ki, Rusiya ilə Qərb arasında, xüsusən də Rusiya ilə Finlandiya arasında münasibətlər Ukraynadakı vəziyyətin inkişafından asılı olacaq.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info