“Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR

"Onun yazısı burada olmalı idi".

“Wall Street Journal” qəzeti redaksiyanın əməkdaşı olan jurnalist Evan Qerşkoviçin Rusiyada həbsinin ildönümündə boş manşetlə çıxır.

“Bir il Rusiya həbsxanasında. Oğurlanmış jurnalist hekayələri, oğurlanmış sevinclər, oğurlanmış xatirələr ili", - deyə qeyd olunub.

WSJ-nin ön səhifəsində "Qerşkoviç köşəsi" ilə yanaşı, Qerşkoviçin həbsdə olduğu ilin qrafiki, Qerşkoviçin valideynləri ilə müsahibə, dünya üzrə jurnalistlərə qarşı təhdidlər haqqında hekayələr və "Evanın bir il ərzində əldən verdiyi şeylər" başlıqlı redaksiya məqaləsi var.

Qeyd edək ki, Evan Qerşkoviç FTX tərəfindən casusluqda şübhəli bilinərək saxlanılıb və onun məhkəməsi bağlı qapılar arxasında keçirilib. Juranlist ittihamları qəbul etmir.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info