Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunmuş “Azərbaycan mənim ürəyimdir” layihəsi başa çatıb.

"IMSI" İnternat Məzunlarının Sosial İnteqrasoyası GİB-nin Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi ilə həyata keçirdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunmuş “Azərbaycan mənim ürəyimdir”
layihəsi çərçivəsində internat məktəblərindən məzun olmağa hazırlaşan gənclər üçün Şamaxı rayonunda qış düşərgəsi təşkil olundu.

Düşərgədə gənclərə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunması və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətləri haqqında, onun layiqli siyasi varisi, bölgədə yeni geosiyasi reallıqlar yaradan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər barəsində ətraflı məlumat verildi. Eyni zamanda vətənpərvərlik, sağlam həyat tərzi, zərərli vərdişlər mövzusu ilə yanaşı dövrün tələbi olan “Rəqəmsal Toxunuş” mövzularında seminarlar keçirildi.
Bununla yanaşı gənclərimizin sosiallaşmasına dəstək məqsədilə 743-cü ildə inşa edilən Şamaxı cümə məscidi, Şah Xəndan türbəsi, Seyid Əzim Şirvaninin məzarı və Şamaxı Tarix-Diyarşünaslıq muzeyinə maarifləndirici ekskursiyalar təşkil edərək onlara Şamaxının tarixi ilə bağlı geniş məlumat verildi.







Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info