Ağalı məktəbinə müəllimlər şagird sayına uyğun göndəriləcək

“Bu il çox ciddi iki hadisə gözləyirik”.

Ulutv.info apa-ya istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Bakı üzrə bağçalara növbəyə yazılma prosesinə start verilirSel və daşqınlarla mübarizə üçün 5 km sahilbərkitmə bəndləri salınacaqFövqəladə hallarla bağlı davranış qaydaları barədə tədbirlər keçirilib.

Nazir qeyd edib ki, Ağalı kəndində olan məktəbdə zəng çalınacaq, müəllimlər tədrisə, uşaqlar təhsilə başlayacaq: “Bu bizi sevindirir. Oradakı məktəbin direktoru artıq təyin olunub. Müəllimlərin seçimi ilə bağlı köç prosesinin bitməsini gözləyirik. Nə qədər şagird olacaqsa, ona uyğun sayda müəllim ora göndəriləcək. İnanıram ki, azad edilmiş ərazilərdə olan məktəblər öz nümunəvi təhsili ilə fərqlənəcək”.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info