Trampın seçilməsi heç nəyi dəyişməyəcək - Medvedyev

ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp qalib gəlsə, Rusiya əleyhinə sanksiyaları ləğv etməyəcək.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram kanalında yazıb.

“Tramp bir iş adamı kimi başa düşür ki, sanksiyalar dünyada dolların hökmranlığına zərər verir. Lakin ABŞ-da inqilaba başlamaq və anti-Rusiya xəttinə qarşı getmək üçün bu, kifayət deyil. ABŞ-dakı bədnam dərin dövlət istənilən "Tramp"dan qat-qat güclüdür".
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info