Qırğızıstanda KTMT-nin təlimləri başlayıb, Ermənistan iştirak etmir

Qırğızıstanda KTMT-nin təlimləri başlayıb, Ermənistan iştirak etmir


Qırğızıstanın Balıqçı şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin “Qarşılıqlı fəaliyyət-2024” komanda-qərargah təlimləri, həmçinin “Axtarış-2024” və “Eşelon-2024” xüsusi təlimləri başlayıb.

Bu barədə Qırğızıstan KİV-i məlumat yayıb.

Təlimlər başlamazdan əvvəl Qırğızıstanın müdafiə naziri Baktıbek Bekbolotov, KTMT baş katibinin müavini Talaatbek Masadıkov, eləcə də KTMT Birləşmiş Qərargahının rəisi Andrey Serdyukov Böyük Vətən Müharibəsində Qələbə abidəsi önünə əklillərin qoyulmasında iştirak ediblər.

Təlimlərin planına əsasən, hərbi qulluqçular Mərkəzi Asiya regionunda silahlı münaqişənin həlli üzrə təlim və birgə əməliyyat keçirəcəklər. Təlimlər üç mərhələdə baş tutacaq.

Burada Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan olan hərbçilər, həmçinin KTMT katibliyinin və Birləşmiş Qərargahının nümayəndələri iştirak edirlər.

Təlimlərə KTMT ölkələrinin 1500-dən çox hərbi qulluqçusu, o cümlədən 200-dən çox hərbi texnika, o cümlədən 10-a yaxın aviasiya texnikası və s. cəlb olunub.

Qeyd edək ki, Ermənistan KTMT üzvü olsa da, bu təlimlərdə iştirakdan imtina edib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info