DİM sədri: Dövlət qulluğunda səriştə modelinə keçid bir il ərzində təmin olunacaq

Dövlət qulluğunda səriştə modelinə keçid bir il ərzində təmin olunacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda keçirilən forumda deyib.

"Bir il ərzində dövlət qulluğuna qəbul zamanı biliyə əsaslanan qiymətləndirmə formasından səriştə əsaslı qiymətləndirmə modelinə keçid edəcəyik. Səriştə modeli xarici və yerli ekspertlərlə müzakirə olunub. Hüquqi müstəviyə keçid üçün təxminən bir il vaxtımız var. Səriştə modelinə keçid edəndə, qiymətləndirmə aparanda fəaliyyətin qiymətləndirilməsi də bu model əsasında aparılacaq. Prosesdə daimi təlimlərin mövcudluğu vacibdir" - deyə DİM sədri qeyd edib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info