"Türkiyə İrəvanla ultimatum dili ilə danışmamalıdır" - İrəvandakı mitinqin gülünc "bəyanat"ı - VİDEO

İrəvanda keçirilən imtinqdə “bəyanat” qəbul olunub.

Hurriyyet.Az xəbər verir ki, bu gün İrəvanda Fransa meydanında mitinq keçirilib, mitinqdən sonra yürüş təşkil olunub. Mitinq iştirakçıları gülünc bəyanat səsləndiriblər.

“Biz qardaş və bacılarımızın mübarizəni davam etdirmək üçün kollektiv iradəsini alqışlayırıq. Qarabağ Azərbaycanın tərkib hissəsi ola bilməz, bu tezis Ermənistanın müstəqillik elanının əsasını təşkil edir və biz nəyin bahasına olursa-olsun onu müdafiə edəcəyik.

İndiki Baş nazir Paşinyan erməni xalqının maraqlarından çıxış etmir. Hakim güc Ermənistanın suverenliyini və ərazi bütövlüyünü, Ermənistanın Qarabağının mövcudluğunu təhdid edir. Ona görə də biz Qarabağ məsələsi üzrə danışıqlar aparan şəxsin dərhal dəyişdirilməsini tələb edirik.

Müqavimət hərəkatı ilkin şərt olmadan Bakı və Ankara ilə münasibətlərin normallaşmasının tərəfdarıdır. Azərbaycan öz öhdəliklərini yerinə yetirməlidir: əsirləri qaytarmalı və qoşunlarını Ermənistanın suveren ərazisindən çıxarmalıdır. Türkiyə isə İrəvanla ultimatum dili ilə danışmamalıdır.

Prioritet cəmiyyətdə harmoniyanın təmin edilməsi, ordunun gücləndirilməsi, Ermənistanın və Qarabağın təhlükəsizliyinin təmin edilməsi, diaspora ilə birlik olmalıdır”, – gülünc “bəyanat”da deyilir.

P.S. Deyir “şələni qoy, gəl dalaşaq”. Bu millətə xeyri yoxdur, “adam” dilində qanmırlar ki. Bunları ancaq Azərbaycanın “Dəmir Yumruğ”u qandıra bilər. Vəssalam.



KONKRET.az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info