Ermənilərdən növbəti TƏXRİBAT HAZIRLIĞI - İrəvan sülh istəmir

"Avropanın siyasi mərkəzi Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasındakı görüşdən sonra Ermənistanın baş naziri və eləcə də Xarici işlər naziri danışıqlar trekinə, siyasi dioloqun ruhuna uyğun olmayan bəyanatlar səsləndiriblər. Bu, həm ATƏT-in Minsk Qrupu ilə bağlı müraciəti özündə əks etdirir, eyni zamanda "status" məsələsi də rəsmi İrəvan tərəfindən vurğulanır. Lakin rəsmi Bakı hər iki tərəfin siyasi gündəlikdə olmadığını və bütün bu yanaşmaların sülhə təhdid göstərdiyini bildirib".


Bunu Ulutv.info milli.az-a istinaden açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Ermənistan tərəfi nə qədər çalışsa da Azərbaycanın milli maraqları təmin olunacaq:

Biz hazırda da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatında Ermənistanın arzuladığı fikirlərin yer almadığını görürük. Lakin Ermənistan israrla Minsk Qrupu formatı, "status"la bağlı məsələləri vurğulayır, eyni zamanda hərbi və siyasi sahədə sülhə təhdid fəaliyyəti ilə məşğul olur.

Bu destruktiv hərəkətlər həm də Azərbaycan-Ermənistan sərhəddində özünü büruzə verir. Bununla Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı həyata keçirilən fəaliyyətə kölgə salır, rəsmi Bakının 5 maddəlik sülh müqaviləsi ilə bağlı irəli sürdüyü təklifləri qəbul etsələr də, özlərinin əlavələrini bura daxil ediblər. Lakin bu əlavələr də qəbulolunmazdır və region üçün yaxşı heçnə vəd etmir.

Eyni zamanda qondarma qurumun "müstəqilliyinin ildönümünə" Nikol Paşinyan tərəfindən təbrik məktubu ilə reaksiya verilməsi, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Xankəndinə səfəri və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın Rusiyadan olan həmkarı Sergey Lavrovla görüşündə diversantlar məsələsinə diqqət çəkməsi onu göstərir ki, Ermənistan müxtəlif reveranslar edir, müxtəlif təmaslar qurur ki, regional təhlükəsizliklə bağlı yekdil bir qərar formalaşmasın.

Ermənistan bununla da zaman udmağa çalışır, lakin bütün bunlar əbəsdir və Azərbaycan qarşıya qoyduğu bütün məqsədlərə çatmaqda maraqlıdır. Sülh müqaviləsi də düşünürəm ki, məhz Azərbaycanın irəli sürdüyü 5 maddəlik təklif əsasında imzalanacaq və milli maraqlarımız təmin olunacaq".

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info