Səfir: Azərbaycanla dostluq əlaqələrini genişləndirmək Gürcüstan üçün prioritet təşkil edir

"Azərbaycanla bütün sahələrdə mövcud uğurlu əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar və potensial mövcuddur".

Bunu Gürcüstanın Müstəqillik günü münasibətilə keçirilən tədbirdə jurnalistlərə açıqlasında Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir Zurab Pataradze bildirib.

O ölkələrimizin bütün sahələrdəki səmərəli əməkdaşlığından danışıb:

"Bu gün Gürcüstanın müstəqillik günü Azərbaycanda təntənəli şəkildə qeyd olunur. Mən bu münasibətlə öz həmvətənlərimi təbrik edirəm. 28 may Azərbaycanın müstəqilliyi günü Tbilisidə də eyni əzəmətlə qeyd olunacaq. Azərbaycanla Gürcüstan arasında dərin dostluq və tərəfdaşlıq əlaqələri mövcuddur. Mən Azərbaycan xalqına uğurlar arzulayıram. Sizin ölkənizlə bütün sahələrdə uğurlu əməkdaşlığımız var. Bugünkü tədbirdə Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanları qanunvericilik hakimiyyətini təmsil edən qonaqlar iştirak etməsindən məmnunluğumu ifadə etmək istəyirəm".

Səfir bildirib ki, Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrini genişləndirmək ölkəsi üçün prioritet təşkil edir.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info