Həkimin səhv diaqnozu xəstəni komaya salıb? - AÇIQLAMA + VİDEO

Sumqayıt şəhərində həkimin səhv diaqnozu xəstəni komaya salıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə şəhər sakini Fuad Cavadov iddia edir. Onun sözlərinə görə, 1 saylı Şəhər Xəstəxanasında bacısı Xəyalə Bəylərovaya səhv diaqnoz qoyulub. F.Cavadov bu yanlışlığa yol verən həkimlərdən şikayətçidir.

O qeyd edib ki, bacısı X.Bəylərova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xəstəni dərhal müayinə edən həkimlər - Nurlan Hüseynov və Museyib Şərifzadə X.Bəylərovaya beyninə qan sızması diaqnozu qoyublar və təcili 2 saylı Şəhər Xəstəxanasına aparılmasını tələb ediblər.

Həkimlərin yazdığı müalicədən sonra bacısının vəziyyətinin pisləşdiyini görən F.Cavadov xəstəni başqa tibb ocağına apararaq təkrar müayinə etdirib. Aldıqları cavab isə onları sözün əsl mənasında şoka salıb. Sən demə, 40 yaşlı X.Bəylərovaya Sumqayıtda qoyulan diaqnoz səhv imiş.
Sumqayıt Tibb Mərkəzindən məsələ ilə bağlı bildirilib ki, 40 yaşlı Xəyalə Şakir qızı Bəylərovanın yaxınlarının iddiaları tamamilə əsassızdır.

Qeyd edilib ki, həmin şəxs yuxarı beyindaxili təzyiqlə təcili yardım avtomobili ilə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin 1 saylı Şəhər Xəstəxanasının Təcili Yardım Şöbəsinə qəbul olunub və maqnit rezonans tomoqrafiya müayinəsindən keçirilib:

“Nəticə olaraq xəstədə sol beyin yarımkürəsində siqnal dəyişikliyi qeydə alınıb. Bu isə subaraxnoidal qansızma əlamətlərinə xarakterikdir. O, Neyrocərrahiyə Şöbəsinə yerləşdirilib. Bütün lazımi tədbirlər həyata keçirilib. Ardınca Mərkəzi Gömrük Hospitalına beynin müayinəsinə göndərilib. Bundan sonra şübhə aradan qaldırılıb”.

Daha ətraflı süjetdə:

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info