“Buta Estetik Klinikası”nda diplomsuz Cərrah peyda olub…?

Ulutv.info soztv.az-a istinaden müraciət edən vətəndaş Şahməmmədova Mətanət Balaş qızı “Buta Estetik Klinikası”nda etdirdiyi əməliyyat nəticəsində külli miqdarda dəymiş zərər və ziyanla bağlı Nərimanov rayon Polis idarəsinə müraciət edilməsi ilə bağlı məlumat vermişdir. Məlumatda həmçinin qeyd edilir ki, əməliyyatı həyata keçirən həkim Cəmil Bədəlov Rəşid oğlunun Estetik əməliyyatlarda iştirak etməsinə heç cür aldığı təhsil imkan vermir.

Ulutv.info xəbər verir ki, aparılan jurnalist araşdırması zamanı “Buta Estetik Klinikası”nın baş həkimin müavini Namiq İbrahimov aparılan danışıqlar zamanı rəsmi diplomun olmaması və qanunsuz cərahi əməliyyatlara izin verilməsi ortaya çıxıb. “Soztv.az”-ın Baş Redaktoru Nazim Cəmiloğlunun şəxsən özünün apardığı araşdırmadan müəyyən edilən faktlara heç bir möhtəbər cavab təqdim edə bilməyən müavin Namiq İbrahimov şifahi olaraq Cəmil Bədəlovun əməliyyat keçirməsinə Moskvadan icazənin olduğunu bildirməsi ilə kifayətlənmişdir. Lakin N.İbrahimov unudur ki artıq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi var. Azərbaycanda fəaliyyət göstərilməsinə Moskva deyil, Azərbaycan dövlət orqanları razılıq verir. Müavinin təvəkülündə hələdə Azərbaycan Rusiyyanın müstəmləkəsi kimi qaldığından Moskva dedi bitdi kimi düşüncə hökümranlıq edir. Saxta yollarla arayış təqdim edən klinika rəsmi diplom olmadan cərrahi əməliyyat keçirməsinə dair rəsmi sənədləri Səhiyyə Nazirliyinin təsdiqindən sonar fəaliyyətinə izin verilməlidir. Amma görünən odur ki, “Buta Estetik Klinikası” Diplomsuz və rəsmi icazəsi olmayan Cəmil Bədəlovun “Buta Estetik Klinikası”nda fəaliyyətinə izin verməsi, 2 saata yaxın müddətə başqa xəstə çağırışına gedərək Mətanət Şahməmmədovanı əməliyyat masasında qoyan bir həkimin fəaliyyətinə razı olan rəhbər şəxslər qanunları tanımır desək yanılmarıq. Əgər vətəndaş şikayətçi olduğu halda bir klinika həkimin fəaliyyətinin araşdırılmasına rəvac vermirse bu şəxsi maraqları insan sağlamlığından yüksək tutmağın göstəricisi olaraq qəbul edilmədir. Yanlış gedən nədir? Bu klinikada nələr baş verir…? Bu kimi suallarımıza cavab tapmaq üçün vətəndaş müraciətini tam şəkildə araşdırmaq qərarındayıq.



Bizi izləməyi unutmayın.

“Soztv.az”- Sənan
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info