Son sutkada bu qədər vaksin vuruldu

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 962 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 295, ikinci doza vaksinlərin sayı 248 təşkil edib.

Ölkədə üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 1 200 olub. Pozitiv nəticədən sonra "buster" doza üzrə peyvənd olunanlar isə 219 nəfər olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 824 041 təşkil edir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info