Əfsanəvi Mayk Tayson boks tarixinə düşəcək


Əfsanəvi amerikalı boksçu Mayk Tayson məşhur bloqqer Ceyk Pola qarşı döyüşdə ən uzun peşəkar karyeraya görə dünya rekordu qıracaq.

Ağır çəkidə döyüş iyulun 20-də ABŞ-dəki Arlinqton stadionunda keçiriləcək.

Tayson 1985-ci ilin martında peşəkar rinqdə debüt etdi. Pola qarşı döyüş 39 ildən (14 371 gün) sonra baş tutacaq. Beləliklə, "Dəmir Mayk" karyerası 34 il davam edən amerikalı Roy Consun rekordunu qıracaq.

Qeyd edək ki, 57 yaşlı Mayk Tayson ağır çəkidə keçmiş dünya çempionudur.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info