DİN-in mətbuat xidmətindən UluTv.info-ya verilən məlumata görə

- Mayın 1-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 118, o cümlədən borclu şəxs qismində axtarışda olan 93 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1nəfər ölüb.
- Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
*Polis əməkdaşlarının mayın 1-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 17,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.* Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5 kiloqram 650 qram heroin, 10 kiloqramdan çox marixuana, 453 qram tiryək, 1 kiloqramdan çox metamfetamin, 1140 ədəd güclü təsiredici xassəyə malik həb və 31 ədəd çətənə kolu olub.
*Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.*
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info