BU GÜN OFTALMOLOQ ALİM, AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVANIN DOĞUM GÜNÜDÜR - FOTO

Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Zərifə xanım Azərbaycana, bütün türk dünyasına ucalıq gətirən iki böyük tarixi şəxsiyyət Heydər Əliyevin ömür gün yoldaşı olmaqla yanaşı, nüfuzlu dövlət xadimi, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin anası idi.

Azərbaycana layiqli övlad bəxş etmiş belə bir insanın əziz xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.

Azərbaycan tibb elminə əvəzsiz töhfə verən Zərifə xanım Əliyeva sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana kimi hamı üçün örnəkdir.

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub.

Sübhan Məmmədov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info