ABDİN FƏRZƏLİYEV KEÇMİŞİ QARANLIQ OLAN MEHMAN SƏFƏROV KİMİ ŞƏXSLƏRƏ NİYƏ VƏZİFƏ VERİR?

2003-cü ilin aprel ayından Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı, 2005-ci ilin dekabr ayından Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmış, 19 yanvar 2022-ci il tarixdən isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşımaqda olan Abdin Fərzəliyev hazırki vəzifəsində fəaliyyətə başladığı elə ilk vaxtlardan, ona bu və ya digər yollarla bağlı olan şəxsləri öz ətrafına topladı.
Təəccüb və təəssüf doğuran hal odur ki, həmin şəxslərin sırasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin sabiq rəisi Namiq Xıdırov və bu Xidmətdə vaxtilə rəis müavini vəzifəsini daşımış Mehman Səfərov adlı şəxslər də yer alırlar.
Beləliklə, Abdin Fərzəliyev vaxtilə büdcə talançılığına qol qoyan, ETSN-dən qovulan və bir daha həmin Nazirliyin strukturlarında işə götürülməyən bu şəxslərə “yaşıl işıq” yandıraraq, Mehman Səfərovu Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə rəis, Namiq Xıdırovu isə bu şəxsə müavin təyin edib. Söz gəzir ki, başçı onları daha yuxarı vəzifələrə təyin etmək istəyib, lakin Prezident Administrasiyasından buna razılıq ala bilməyib. Maraqlıdır ki, bu təyinatlardan sonra rayon ərazisindəki “JEK”lərin ərazilərdəki zibillərin daşımasına köməklik göstərilməsi məqsədilə, Abadlıq və Kommunal Xidmətlər İdarəsinin büdcəsinə hər ay 17 min manat məbləğində pul köçürülür.
Məlumatlarda qeyd olunur ki, sabiq icra başçısı İradə Gülməmmədovanın hakimiyyəti zamanında zibillərin daşınmasına görə mənzil istismar sahələrinin əməkdaşları qeydiyyatda olan hər nəfərə görə 30 qəpikdən pul yığırdılar və bunun qarşılığında hər kəsə ödəniş qəbzi də verirdilər. Hətta, qeyri-yaşayış sahələrindən daşınan zibillərin hər kubuna görə 11 manatdan pul alınsa da, buna görə də ödəniş qəbzi verilirdi. Yaxud da ki, ödəniləcək məbləğ ümumi hesaba köçürülürdü. Bu gün baş verən odur ki, bütün bu kimi işlər Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən həyata keçirilsə də, atılan addımlara görə nə bir kimsəyə ödəniş qəbzi verilir, nə də ki, hansısa hesaba köçürmələr həyata keçirilir.
Hələ bunlar azmış kimi, rayon ərazisində tikinti işləri aparan hər bir şəxsin Abşeron RİH Aparatının Memarlıq və Tikinti Şöbəsinə rüsumdan əlavə ödədiyi qeyri-qanunu pulların bir qismi “rayon ərazisində həyata keçirilən təmizlik işlərinə köməklik göstərmək” adı ilə məhz Abadlıq və Kommunal Xidmətlər İdarəsinə verilir. Hərçənd, ərazidə məsələn Şeyx Allahşükür Paşazadənin tikdirdiyi deyilən yaşayış kompleksi kimi elə nəhəng obyektlər vardır ki, Mehman Səfərovun onlardan “xəbəri yoxdur”. Hərçənd, bu, ayrı söhbətin mövzusudur…
Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfati İstehsalat-İstismari Təmiri Birliyi Abadliq və Kommunal Xidmətləri İdarəsi vaxtaşırı olaraq iki ədəd nəqliyya vasitəsinin (zibil maşını) icayə götürülməsi üzrə tenderlər elan edir.
Təsəvvür edin ki, namizədin tenderdə iştirak haqqı 100 manatdır. Belə olan halda təxmin etmək olar ki, təkcə iştirak üçün 100 manatından keçən namizəd qalib gələcəyi təqdirdə minlərlə manat qazanc əldə edəcəyinə ümid edir. Bu təqdirdə düşünməyə əsas var ki, icarə haqqı kimi ödənilən pullara elə maşın alıb İdarənin balansına da keçirmık olar. Yəqin, belə qənaətcillik və mötədillik nəyəsə görə Mehman Səfərova sərf eləmir. İdarə üçün tender iştirakçılarının ödədikləri 100 manat daha sərfəlidir desək, sadəlövhlük olar. Demək, ortada başqa maraqlar var. Həmin maraqların nədən ibarət olması sualını dövlət vəsaitinin səmərəli xərclənməsinə nəzarət edən qurumlar cənab başçı Abdin Fərzəliyevə verməlidirlər.
İddia olunanlarla bağlı Nyus.Az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…
Turantv.Az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info