İnsan həyatının dəyəri olmayan "Koroğlu Residence"... - BU NƏDİ BELƏ? (VİDEO)

UluTv.info xəbər verir ki, teref.az saytının redaksiyasına təqdim edilmiş videoda aydın görünür ki, Bakı şəhəri, Nəsimi rayonu Vaqif Prospekti və Azadlıq Prospekti 80 kəsişməsində yerləşən "Koroğlu Residence "-də inşa edilən çoxmərtəbəli binada fəhlələrin təhlükəsizliyi haqqında heç kim fikirləşmir və bu işə heç nəzarət edən belə yoxdur.

Bakı şəhərinin güclü küləklər şəhəri olduğunu nəzərə alsaq belə təhlükəsizlik kəməri və saxlancı olmadan işləməyin nə dərəcədə təhlükəli olduğunu tikintidə işləyənlər bilir!

"Koroğlu Residence " ilə əlaqə saxladıq və özünü baş mühasib Elnur kimi təqdim edən şəxs ölçü götürəcəyini və işçilərə tapşıracağını dedi.
Görək Elnur bəyin tapşırığından sonra vəziyyət düzələcək?

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info