Deputatdan Hacıbala Abutalıbova ağır ittiham: “Rayonu işğal edib…”

“Suraxanıdan seçilən deputat olaraq bələdiyyə haqqında qanunla bağlı bir neçə problemi işıqlandırmaq istəyirəm. Bildirim ki, Suraxanıda 20 il ərzində dərəbəylik hökm sürüb. Bu rayonu 4 nəfər işğal edib”.

UluTv.info
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.

O, Bakı şəhər İcra Hakimiyyətinin sabiq rəhbəri Hacıbala Abutalıbovu torpaqları qanunsuz olaraq ələ keçirməkdə ittiham edib:

“Suraxanı rayonuda 20 ilə yaxın müddətdə dərəbəylik hökm sürüb. Mən açıq danışacağam. Biz bəzən ictimai maraqları şəxsi maraqlara qurban veririk. Adını çəkdiyim bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra 14 il rayonda icra başçısı işləmiş İlqar Abbasov rayonun nə torpağı varsa hamısını satıblar və zəbt ediblər. Bunlara qoşulanlardan biri də 30 il Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin sədri Mayis Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkənidir. Bir rayonu 4 nəfər işğal edib. Təsəvvür edin, 222.000 nəfər əhalisi olan rayonda bir peşə məktəbi yoxdur, lakin 10-larla pab-restoranlar, qəlyanxanalar, diskoteka, klublar var. Peşə təhsilinə təlabatı hamı bilir. Ancaq bu adamların əlindən gələcəkdə peşə təhsili məktəbinin tutumuna uyğun torpaq sahəsi tapmaq mümkün olmayacaq”.

Deputat əlavə edib ki, Qaraçuxur və Yeni Günəşlini Hacıbala Abutalıbov, İlqar Abbasov, Mayis Məmmədov və Abutalıbovun yaxın qohumu hasara alıb:

“Torpağı milyonlarla manata ev tikənlərə satırlar. Bu, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma halıdır və həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır. Məncə, belə hallar başqa rayonlar üçün də xarakterikdir. Bu halda necə bələdiyyə torpaqlarından danışmaq olar?. Belə adamlara görə, bələdiyələr zəlil günə qalıblar”.(modern)
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info