7 ilin ən güclü partlayışı oldu

 
Ötən gün Günəş aktivliyinin cari tsiklində ən güclü partlayış baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, X9.3 səviyyəsindəki böyük partlayış sonuncu dəfə 7 il əvvəl - 2017-ci il sentyabrın 6-da müşahidə olunub.

Bu isə Yerdə maqnit qasırğasına səbəb ola bilər.

Qeyd olunub ki, plazmanın Yerə gəlib çatma ehtimalı son dərəcə azdır, amma Yer atmosferinə güclü radiasiya yükü gözlənilir və hissəciklər tezliklə planetə çata bilər.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info