Qurban bayramının namaz vaxtı AÇIQLANDI

İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək.

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya bildirilib ki, hər il olduğu kimi məscidlərdə Qurban bayramının namazı qılınacaq:

“Bəzi məscidlərdə bayram namazı saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq. Ola bilər ki, məscid imamları öz gələn camaatına uyğun vaxt təyin edə bilərlər, məsələn, rayon yerlərində daha tez, şəhər yerlərində bir az gec ola bilər”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info